ABŞ-ın “Johnson Johnson” (JJ) şirkəti şəxsi gigiyena vasitələrinin Rusiyaya idxalını dayandırır.

Bu barədə şirkətin press-relizində bildirlib.

Bəyanatda qeyd olunur ki, şirkət Rusiyaya dərman və tibbi avadanlıqların tədarükü ilə bağlı öhdəliklərini təsdiqləyir.

Xatırladaq ki, martın əvvəlindən etibarən JJ Rusiyada reklam, klinik sınaq qeydiyyatı və hər hansı əlavə investisiyanı dayandırıb.