İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) yeni təyinat olub.

İqtisadiyyat.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, İİTKM-in icraçı direktoru Vüsal Qasımlının əmri ilə Kommunikasiya departamentinin mütəxəssisi İsmət Vaqifzadə “İslahat Könüllüləri” Təşkilatının sədri vəzifəsinə təyin olunub. O, innovativ layihə olan “Rəqəmsal Ticarət Qovşağı”nda çalışıb, Avropa Tələbələr Forumunun insan resursları üzrə menecer vəzifəsində və rəqəmsal marketinq sahəsində iş təcrübəsinə malikdir, 2018-ci ildə insan resursları sahəsi üzrə Gürcüstanın paytaxtı Tbilisidə ölkəni təmsil edib.

İ.Vaqifzadə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Almaniyanın Zigen Universitetinin birgə əməkdaşlığı ilə İqtisadiyyat (Business Informatics) üzrə bakalavr təhsili alıb. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elektron hökumət (e-Governance) sahəsi üzrə magistr təhsilini davam etdirir. O, həmçinin Varşava və Haydelberq şəhərlərində Erasmus+ mübadilə proqramlarını qazanıb.