Metronun “İçərişəhər” stansiyası yaxınlığında yol çöküb.

Bu barədə jurnalist Nigar Etibar sosial şəbəkədə məlumat paylaşıb.

Məlumatda bildirilib ki, avtobus dayanacağının qarşısında çökən yolun qəzalı olduğuna dair ətrafda heç bir işarə qoyulmayıb:

“Dayanacaqda dayandığım 3-4 dəqiqə ərzində 2 maşın yoldakı çöküntü səbəbindən zərər gördü. Aidiyyəti qurumlar düzəldənə kimi xəbəriniz olsun”.