2020-ci ildə Gürcüstanın xarici ticarət dövriyyəsinin dəyəri 11,347 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Sənədə əsasən, bu, 2019-cu illə müqayisədə 14,8 % azdır.

Ötən il qonşu ölkənin ixracının dəyəri 12 % azalaraq 3,342 milyard dollar, idxalının dəyəri isə 15,9 % azalaraq 8,006 milyard dollar olub.

Son nəticədə xarici ticarətdə 4,66 milyard dollarlıq kəsir yaranıb ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,1 %-dir.report