Google, Android əməliyyat sisteminin yeni versiyasını təqdim edib. Əməliyyat sisteminin beta-versiyası artıq bir sıra smartfonlarda əlçatandır.

Google hələ istehsalçılar üçün təşkil edilən konfransda demişdi ki, ən böyük dəyişiklik dizayna təsir edəcək.

“Android 12, Android tarixində ən böyük dizayn dəyişikliyi olan əməliyyat sistemidir. Rənglərdən, işığa, şəkillərə, hərəkətlərə qədər bu vaxta qədərki bütün təcrübələrimizi yenidən nəzərdən keçirdik. Nəticədə, Android 12 hər zamankindən daha təsirli, dinamik və fərdi oldu”, - deyə Google-dan bildiriblər.

The Verge nəşrinin yazdığına, əsasən Android 12-nin beta-versiyası artıq bir sıra smartfonlarda əlçatandır. Bura Google Pixel 3, 4, 5, Asus Zenfone 8, Xiaomi Mi 11, Mi 11 Ultra, Mi11I, Mi 11X Pro və başqaları daxildir.