Ötən il keçirilən yoxlamalarla 25 tikinti obyektində 56 nəfərin əmək və ya xidməti müqaviləsi olmadan çalışdığı aşkar edilib.

Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 1 işəgötürən təşkilat barəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib. Daha 14-ü haqqında ümumilikdə 166 800 manat inzibati cərimə tətbiq edilib.