Xəzinədar məşhur şirkətin pullarını mənimsəyib.

“Report”un xəbərinə görə, “Easy Pay” MMC-nin direktor müavini Əhməd Abdullayev polisə müraciət edərək MMC-nin xəzinədarı Z.Səttarovun şirkətə məxsus 30 min manat pulunu mənimsədiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Easy Pay” (“Epay”) MMC elektron ödəniş operatorudur.