Dünyanın enerji nəhənglərindən olan “Shell” “Saxalin 2” layihəsi də daxil olmaqla, “Qazprom” və “Qazprom Neft” ilə birgə müəssisələrdən çıxmaq və “Şimal axını 2”də iştirakını dayandırmaq qərarına gəlib.

Bu barədə İngiltərə - Niderland birgə müəssisəsinin bəyanatında bildirilib.

Qeyd olunub ki, müvafiq qərar Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən qəbul edilib.