Ötən il Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində terror cinayətlərinin əksəriyyətinin qarşısı alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birlik ölkələrinin Antiterror Mərkəzinin (ATM) rəhbəri Yevgeni Sısoyev Daşkənddə terrorizm və ekstremizmlə mübarizə üzrə konfransda deyib.

"MDB-də 2023-cü ildə 300-dən çox terror cinayəti, o cümlədən 195 terror aktı törətməyə cəhd edilib. Bu cəhdlərin böyük əksəriyyəti hazırlıq mərhələsində dayandırılıb və bu, çoxsaylı insan tələfatının qarşısını almağa və maddi ziyanı minimuma endirməyə imkan verib. Eyni zamanda, 2100-dən çox cinayətkar məsuliyyətə cəlb edilib", - deyə Sısoyev qeyd edib.

 

Gözəl Həşimova