"OPEC+" ölkələri oktyabrda planlaşdırılan neft hasilatının artırılmasını təxirə salmağı planlaşdırır.

İqtisadiyyat.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Hazırda bu ölkələr resursların ucuzlaşması ilə əlaqədar yeni tədbirləri müzakirə edirlər. Belə ki, "Brent" markalı neftin qiyməti bu gün 2023-cü ildən bəri ən aşağı səviyyəyə - 72,81 dollara düşüb. "OPEC+" danışıqlarında iştirak edən rəsmilərin sözlərinə görə, assosiasiya nümayəndələri gündəlik hasilatın planlaşdırılan 180 min barel artımını davam etdirib-etdirməməyi düşünürlər.

Analitiklər bu dinamikaya səbəb kimi Yaxın Şərqdə eskalasiyanın olmamasını göstərirlər.

 

Gözəl Həşimova