Türkiyənin Ziraat Bankı Rusiya valyutası rublla hesabların açılmasını dayandırıb.

Bu barədə İqtisadiyyat.az “RİA Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, bankın bu qərarı Türkiyədə fəaliyyət göstərən rusiyalı iş adamlarına təsir edib.

Bildirilib ki, əvvəllər rubl hesabı açmaq üçün ölkədə yaşamaq icazəsi və ya iş/təhsil icazəsi tələb olunurdu. Bəzi özəl banklar bu xidməti indi depozit şərti ilə təklif edirlər.

“Mövcud rubl hesablarının sahibləri gücləndirilmiş nəzarət altında lirəyə çevrilmiş vəsaitləri ala bilərlər. Bunun üçün türk valyutasında əlavə hesabınız olmalıdır”, - bankın məlumatında qeyd olunub.

 

Sadiq Cavadov