Yaponiyanın “Toyota Motor” şirkətinin iyulda qlobal avtomobil satışları illik müqayisədə 0,2% azalaraq 857,982 ədəd təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin hesabatında deyilir.

Hesabat dövründə şirkətin avtomobil istehsalı 0,6% azalaraq 804,61 olub.

Eyni zamanda, “Toyota Motor”un rəqibi "Nissan Motor" 261,386 avtomobil satıb ki, bu da illik müqayisədə 1,3% azdır. Şirkət bu dövr ərzində 237,462 ədəd avtomobil istehsal edib, bu da illik müqayisədə 12,5% azdır.

 

Gözəl Həşimova