Elektrikli avtomobil istehsalçısı "Tesla" 9 mindən çox "Model X" avtomobilini Amerika bazarından geri çağırmaq niyyətindədir.  

İqtisadiyyat.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Buna səbəb qəza riskini artıra bilən dam örtüklərinin düzgün qurulmamasıdır.

Bildirilib ki, həmin avtomobillərdə ön və orta dam örtüyü elementləri düzgün bərkidilməyib, nəticədə onlar avtomobilin kuzovundan ayrılaraq qəzaya səbəb ola bilər. "Tesla" avtomobil sahibləri üçün pulsuz olaraq dam örtüyünü yoxlayacaq və problemləri aradan qaldıracaq.

Bildirilib ki, bu ilin birinci yarısında şirkət təhlükəsizlik problemlərinə görə artıq ABŞ-də 2,6 milyona yaxın avtomobili geri çağırıb.

 

Gözəl Həşimova