Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında ölənlərin sayı 150-yə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "112" teleqram kanalı məlumat yayıb.

***

15.11

Moskvada martın 22-də “Crocus City Hall”da törədilmiş terror aktında ölənlərin sayı artmaqda davam edir.

İqtisadiyyat.az xəbər verir ki, mənbələr “Baza” teleqram kanalına ölü sayının 143-ə çatdığını bildirib.

Ölü sayının daha da artacağı ehtimal edilir.

***

14.00

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 115-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

12.33

Moskva vilayətində "Crocus City Hall"dakı baş vermiş terror aktında ölənlərin sayı 93-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***

09.47

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 82-ə çatıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, onlardan 3-ü uşaqdır.

Yaralananların son sayı barədə isə məlumat verilməyib.

***

06.56

Moskva vilayətində “Krokus siti holl”da baş vermiş terror aktında ölənlərin sayı 70-ə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hakimiyyətə yaxın “Shot” teleqram kanalı bildirib.

“İlkin məlumata görə, “Krokus”da terror aktı nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb”, - kanal nəql edib. 

Qeyd olunub ki, tualet, bəslənmə və avadanlıq otaqlarında xeyli meyit tapılıb:

“Xeyli sayda meyit tualetlərdə, bəslənmə otağı və təmizləyicilərin inventar saxladığı otaqlarda – insanların atəşdən gizləndiyi yerlərdə tapılıb. Çoxları sadəcə tüstüdən boğulub, bədənlərində heç bir xəsarət olmayıb”.

Yaralananların yenilənmiş sayı barədə isə məlumat verilməyib.

***
02:18

Moskva vilayətində terror aktında yaralananların sayı 147-yə çatıb, 40 nəfər ölüb.

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananların sayı 147-yə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyinin verilənlər bazasından məlum olub.

Bununla belə, ölənlərin sayı hələlik dəyişməyib – 40 nəfər.


***

22:48

Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında baş vermiş terror aktı nəticəsində yaralananlar sayı 130-a çatıb, 40 nəfər ölüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı bildirib.//Report//

***

22:16

Rusiyanın Moskva oblastının Krasnoqorskh şəhərində yerləşən “Krokus Siti Holl”da insanlara atəş açılıb. Baş vermiş silahlı hücumda 40 nəfər ölüb, 100-dən çox yaralanan var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.

“Ostorojno, novosti”, “Baza” və “Mash” teleqram kanalları da sözügedən hadisə ilə bağlı paylaşımlar edib.

Şahidlərin sözlərinə görə, naməlum şəxs avtomat silahdan insanlara atəş açmağa başlayıb. Hazırda ərazidə genişmiqyaslı yanğın başlayıb.//Report//