Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tenderlər elan edir.

İqtisadiyyat.Az xəbər verir ki, nazirlik Biləsuvar, Quba, Quba, Şəmkir, Sabirabad rayonlarında məktəblərin tikintisi üçün layihə-smeta işləri üçün tenderlər elan edir. 

Həmin tenderlər aşağıdakılardır:

K.Ağayev adına Biləsuvar şəhər Texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yenidən qurulması üzrə layihə-smeta sənədlərinin hazırlanması;

Quba rayonu, Digah kənd 360 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;

Qobustan rayonu, Nabur kənd 1 nömrəli 264 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;

Şəmkir rayonu, Zəyəm Cırdaxan kənd 2 nömrəli 432 şagird yerlik tam orta məktəbin tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması;

Sabirabad rayonu, Nizami kənd 624 şagird yerlik tam orta məktəbin bərpa-gücləndirmə və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması.

Əlaqələndirici şəxs: Sirac Əliyev - Əsaslı Tikinti və Təchizat İdarəsinin Təmir-tikinti işlərinin təşkili və texniki nəzarət şöbəsinin müdiri: 465-73-48

Təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18