Rusiyada koronavirusun yayılmasından sonra bəzi məhsullara tələbatın artdığı müşahidə olunur.

RT xəbər verir ki, martın 16-dan 19-dək tualet kağızlarının satışı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 46 faiz artıb. Bu ilin yanvar ayı ilə müqayisədə isə artım 27 faiz təşkil edir. Eyni zamanda, ilin əvvəlindən nəm salfet və sabun satışı artıb.