Bu gün Tbilisi prospekti, Akademik Həsən Əliyev və Nəsib bəy Yusifbəyli küçələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Qeyd edilir ki, bu, magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır.