Laboratoriyada hazırlanmış brilyant zinət əşyalarının satışı təbii brilyantı geridə qoyub. Süni brilyantlar yalnız nəzərəçarpan qiymətlə fərqlənir.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəsissləri narahat edən məqam zavod istehsalı olan nişan üzüklərinə tələbatın artmasıdır. Bəs süni brilyantlara üstünlük niyə artır? 

Səbəb çox sadədir – QİYMƏT! Çünki süni brilyant təbii brilyantdan 70% ucuzdur. Lakin süni brilyant ilə eyni şəffaflıqdadır. İstehsal olunan bu məhsulu təbii almazdan ayırmaq mümkün deyil.

Brilyantın xam maddəsi əsl almazdan olduğu üçün onu hazırlamaq bir ay qədəri ilə vaxt aparır.  Lakin araşdırmalar göstərir ki, təbiət xam malı 800 milyon ilə başa gətirir və təbii almazların ehtiyatı yoxdur. Bu səbəblə də xam mal olduqca bahadır. Digər tərəfdən Rusiyanın Ukraynaya müdaxiləsi təbii xam almazların alınmasını çətinləşdirdiyinə görə qiymətlərin qalxacağı ehtimal edilir.

Hazırda süni brilyantlar təqribən 7% bazar payına malikdir, 2020-ci ildə bu pay 3% idi. 

Onu da qeyd edək ki, dünyanın ən böyük zərgərlik şirkəti "Pandora" 2 il əvvəl təbii brilyantlardan istifadəni dayandıracağını və laboratoriya brilyantlarına üstünlük verəcəyini açıqlamışdı.

Həmçinin, ABŞ-ın ən böyük zərgərlik şirkəti olan "Signet", "Charles and Colvard" və bir sıra markalar laboratoriya brilyantlarından ibarət zərgərlik məmulatlarının populyarlaşdığını bildirib.