Bakının Ramana qəsəbəsi ərazisində 1512 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış məhəlləsində yeni məktəb tikiləcək.

İqtisadiyyat.Az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 1200 şagird yerlik məktəbin tikintisi üçün tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. 

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti, 57D 

Əlaqələndirici şəxs : Aygün Hüseynova telefon : 994 12 431 87 03

İştirak haqqı: 600 AZN