“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prossesinq mərkəzidir. Hal hazırda aktiv olan vakansiya: Oracle Administrator

Tələblər:

• Ali təhsil (Kompyuter sahəsi uzrə və Oracle administrasiyası üzrə sertifikat);
• 3 ildən artıq DBA Oracle üzrə iş təcrübəsi;
• RDBMS və Oracle arxitekturası üzrə əsaslı biliklər;

• Oracle verilənlər bazısını quraşdırılması və sazlaması, patçların quraşdırılması(11g, 12c);
• Tapşırılmış baza performansının tənzimlənməsi və monitorinq bacarığı, “Performance Tuning” barədə biliklər;
• Ehtiyyat sürətlərin çıxarılması və bərpası, RMAN Backup, Datapump, exp/imp üzrə biliklər;
• Linux əməliyyat sistemləri üzrə başlanğıc biliklər;
• Texniki İngilis və Rus dili bilikləri arzu olunandır;
• Oracle Audit Vault, Oracle Key Vault, Oracle Cloud Control baradə biliklər (arzuolunandır);

İş barədə məlumat:

• Tapşırılmış bazalarının 24/7 işlək olmasını təmin və nəzarət etmək;
• Oracle tapşırılmış bazasının miqrasiyasi və versiyasının yüksəldilməsi (upgrade);
• Oracle Dataguard üzrə biliklər, Standby bazaların yaradılması və sazlanması;

• SQL , PL/SQL və sorğuların optimallaşdırılması üzrə biliklər;
• Verilənlər bazalar və ona bağlı həllərdə layihələrdə iştirak.

Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Oracle Administrator” mövzusu altında hr@azericard.com elektron ünvanına göndərə bilərlər

Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.