Rusiya Federasiyası Daxili İşlər Nazirliyi bir sıra ukraynalı rəsmi şəxs və media nümayəndələri barədə axtarış elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Ukrayna Ali Radasının deputatları Aleksey Qonçarenko və Vladimir Parasyuk, Ukraynanın keçmiş baş prokuroru Vitali Yarema, ukraynalı iş adamı Seyar Kurşutov, habelə fəal Druzenko Gennadiyə və teleaparıcılar Yanina Sokolova və Natalya Moseyçuka qarşı cinayət işi üzrə yenidən axtarış elan edib", - məlumatda qeyd edilib.