Sabah saat 11:00-da “Bakı Neft Mədən Avadanlıqları” ASC-nin səhmdarlarının ənənəvi illiknövbəti illik ümumi yığıncağı keçiriləcək.

İqtisadiyyat.az report-a istinadən xəbər verir ki, yığıncaq  "Whatsapp" mübadilə xidməti vasitəsi ilə - onlayn rejimdə keçiriləcək.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Bakı Neft Mədən Avadanlıqları” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 766 min manatdır.