2020-cu ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) orta hesabla 14 871 nəfər işçi çalışıb.

Bu 2019-cu illə müqayisədə 4,6 % çoxdur.

Ötən il işçilərə hesablanmış əmək haqqı əvvəlki ilə nisbətən 17,9 % artaraq 8 milyon 232 min manat təşkil edib. Əmək haqqından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna ayırmalar isə 19,9 % artaraq 21 milyon 234 min manat təşkil edib.