“Hazırda 66 adda müasir tipli silah və hərbi texnikalar yaradılmaq üzrədir”.

“Report” xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn ilin birinci yarısında silah və texnikaların seriyalı istehsalına başlanılması planlaşdırılır.