"Apple" sentyabrın 14-də yeni məhsullarının təqdimatını keçirəcək.

Yeni bir "iPhone" modeli, eləcə də "MacBook Pro", "iPad", "Apple Watch" və "AirPods"un yenilənmiş versiyalarının təqdimatı planlaşdırılır.

Pandemiya səbəbindən yeni məhsulların təqdimatı şirkətin saytında onlayn yayımlanacaq.