Avropa İttifaqı Komissiyası üzv ölkələrə Rusiyadan dəniz yolu ilə nəql edilən neftin bir barelinə 60 dollardan yuxarı qiymət təklif edib.

Beynəlxalq mediada yer alan xəbərlərə görə, Aİ-yə üzv olan 27 ölkənin nümayəndələri Rusiya neftinə tətbiq olunacaq qiymətin müəyyənləşdirilməsi üçün danışıqları davam etdirir.

Təklif Estoniya və Litva kimi Baltikyanı ölkələrin də daxil olduğu Polşanın rəhbərlik etdiyi qrup tərəfindən təsdiqlənməyib.

Həmçinin, Rusiya neftinin 60 dollarlıq qiymətinə əlavə olaraq yeni qiymət məhdudlaşdırma mexanizmi yaradılacaq.

Bu mexanizm Rusiya neftinin yüksək qiymətini hər 2 aydan bir yenidən qiymətləndirəcək.

Tətbiq dekabrın 5-də qüvvəyə minəcək.