AFB Bank Proseslərin idarə edilməsi Strukturuna təcrübəçi vakansiyası elan edir.

Ünvan: Bakı şəhəri.

TƏCRÜBƏÇİYƏ DAİR TƏLƏBLƏR:

- İT sahəsi üzrə təhsil;

- Yaş həddi 20-26

- İş təcrübəsi və ya praktikanın olması üstünlükdür;

- Proqramlaşdırma dilləri, SQL və s. bilikləri üstünlükdür;

- Ofis proqramları ilə işləmək bacarığı (Excel, Word, Power Point);

-Ünsiyyətqurma qabiliyyəti və aktivlik;

- Öyrənməyə və inkişafa yüksək həvəs;

- Dəqiqlik, detallara diqqət yetirmək və yaradıcılıq qabiliyyəti;

- Azərbaycan dilində sərbəst danışıq bacarığı (rus və ingilis dilini bilənlərə üstünlük verilir);

- Analitik düşünmə və işə planlı yanaşma bacarığı.

İŞİN TƏSVİRİ:

-Tərtib edilmiş funksionallığın test edilməsində aktiv iştirak etmək.

- Mövcud proseslərin optimallaşdırılmasına aid tapşırıqların qeydiyyata alınması (texniki

sənədləşmənin aparılması) və tətbiq edilməsinin izlənilməsi;

- Sistemlərin inteqrasiyası prosesində iştirak və gedişatla bağlı hesabat verilməsi;

- Mütəmadi olaraq proseslər barədə rəhbər şəxslərə hesabatların verilməsi;

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi üzrə təcrübəçi” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.