Abşeron Logistika Mərkəzi araşdrma aparmağı sevən, özünəgüvənən, informasiya texnologiyaları sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik, vaxtını idarə etməyi bacaran gənclər üçün 3 aylıq KÖNÜLLÜ TƏCRÜBƏ PROQRAMI (İnformasiya Texnologiyaları – Helpdesk) elan edir.

Bu proqramda iştirak etməklə, Siz İnformasiya texnologiyaları sahəsində yeni bilik və bacarıqlara yiyələnəcəksiz.

Sizə nə təklif edirik?

  • Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
  • Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
  • Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.

Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?

  • Ali təhsil (Müvafiq sahədə);
  • Azərbaycan və Rus dilləri əla səviyyədə, İngilis dili arzuolunandır;
  • Texnikalarla davranış bacarığı;
  • Gülərüzlülük, səliqəlilik və dəqiqlik;
  • Yüksək səviyyədə şifahi ünsiyyət bacarığı;
  • Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf arzusu;
  • Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
  • Komandanın üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.

Könüllü Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?

  • Noutbuk, kompyüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılmasında iştirak,
  • Noutbuk, kompyüter, printer və şəbəkə avadanlıqlarına proqram təminatlarının yüklənməsi, yaranan problemlərin aradan qaldırılmasında iştirak;
  • Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılmasında iştirak;
  • Əməliyyat sistemlərinin yazılmasında iştirak.

Peşəkar komandamıza qoşulmaq və karyera yüksəlişinizi Mərkəzimizin inkişafı ilə birgə  əldə etmək istəyirsinizsə CV-nizi 28 fevral 2022-ci il tarixinədək mövzu hissəsində “Könüllü təcrübə proqramı” (Helpdesk) yazmaqla göndərməyiniz xahiş olunur.