ABŞ Ukraynaya 500 milyon dollar yardım ayıracaq.

İqtisadiyyat.az bildirir ki, bu barədə "REUTERS" yazıb. Məlumatda qeyd edilib ki, bu unu Kiyevdə səfərdə olan ABŞ prezidenti Co Bayden Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdə deyib. 

Baydenin bu yardım paketini 21 fevralda açıqlayacağı bildirilir. İki ölkə başçısının görüşündə Ukraynaya uzaqmənzilli raketlərin verilməsi də müzakirə edilib.