"İsrail Silahlı Qüvvələri müdafiə hazırlığını hər gün artırır və hücum imkanlarını təkmilləşdirir". 

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri ölkənin müdafiə naziri Yoav Qallant İsrail Hərbi Hava Qüvvələrinin Tel Nof bazasına səfəri zamanı deyib.

"Biz hər gün müdafiəyə hazırlığımızı artırır və hücum imkanlarımızı kəskinləşdiririk", - Qallant bildirib.

Qallant aviabazada hərbçilərlə söhbətində qeyd edib ki, o, "müvafiq tərəflərlə" səyləri koordinasiya etmək üçün bir neçə gündür çalışıb. Xüsusilə, o, bir gün əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla ilə görüşdüyünü və gecə ABŞ-nin müdafiə naziri Lloyd Ostin ilə telefon danışıqları etdiyini bildirib.

"ABŞ bizi dəstəkləməyə və birlikdə işləməyə sadiqdirlər. İsrail və Birləşmiş Ştatlar arasında əməkdaşlıq bizim hazırlığımız üçün vacibdir", - Qallant əlavə edib.