ABŞ Maliyyə Nazirliyi Rusiya şirkətləri və vətəndaşlarına qarşı sanksiyaları genişləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici Aktivlərə Nəzarət İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Sanksiya siyahısına proqram təminatının hazırlanması ilə məşğul olan "Struktur Şirkətlər Qrupu" və ictimai-siyasi layihələrlə məşğul olan "Sosial Dizayn Agentliyi" daxil edilib. Onlarla əlaqəli vətəndaşlara - İlya Qambaşidze və Nikolay Tupikinə qarşı da məhdudiyyətlər tətbiq edilib.

Şirkətlərin və şəxslərin ABŞ Xəzinədarlığının sanksiya siyahısına daxil edilməsi ölkədəki aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərin onlarla biznes qurmasına qadağa qoyulmasını nəzərdə tutur. Rusiya Federasiyasından olan şirkətlərlə yanaşı, bir sıra Türkiyə, İran və Almaniya şirkətləri də yeni ikinci dərəcəli sanksiyalara məruz qalıb.