A Group Məsul Aktuari vəzifəsinə işçi axtarır

Vəzifə öhdəlikləri:

  • Qanunla müəyyən edilmiş sığorta siniflərinin təsnifatına müvafiq olaraq sığorta risklərinin tədqiqi və sistemləşdirilməsi;
  • Maliyyə sabitliyi və ödəmə qabiliyyəti ilə bağlı sığortaçının gündəlik vəziyyətinin nəzarətdə saxlanılması;
  • Sığorta tariflərinin hesablanmasının təmin edilməsi, müvafiq qaydada modelllərin təkmiləşdirilməsi ilə bağlı rəylərin verilməsi və nəticələrin analizinin aparılması;
  • Yeni sığorta xidmətləri və məhsulları ilə bağlı hesablamaların aparılması və təkliflərin hazırlanması;
  • Sığorta məhsulunun xarici və daxili sığorta bazarında vəziyyətinin araşdırılması, müvafiq sığorta məhsullarının hazırlanmasında iştirak edilməsi, yerli bazar şəraitini nəzərə alaraq, hazırlanacaq yeni məhsulun üzləşə biləcəyi risklər barədə rəy bildirilməsi;
  • Tələb olunan kapitalın məbləği, məcmu kapitalın məbləği, sığortaçının öz vəsaitinin məbləği, sığorta ehtiyatlarının məbləği, zərərlilik dərəcəsi, sığorta və ya təkrarsığorta müqavilələri üzrə şəxsi tutum məbləğinin müəyyən edilməsi üçün müvafiq hesablamaların aparılması;
  • Şəxsi tutumla bağlı metodologiyanın hazırlanması və rəyin verilməsi;
  • Şirkətin öhdəliklərinə uyğun olaraq risk əsaslı analizlərin aparılması;
  • Hər hansı sığorta növü üzrə baş vermiş sığorta hadisələrinin statistikasını araşdıraraq, həmin sığorta növü üzrə qiymət və tariflərə yenidən baxılması üçün təkliflərin verilməsi.

Tələblər:

  • Sığorta sektorunda aktuari kimi 1 il təcrübə;
  • Məsul aktuari vəzifəsi üçün qanunvericiliklə tələb olunan şəhadətnamə və icazə;
  • İqtisadiyyat/Maliyyə/Beynəlxalq İqtisadi Münasibətlər/Kommersiya/Riyaziyyat/Tətbiqi Riyaziyyat sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan dili - əla, rus və ingilis dili arzuolunandır;

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 20 İyun 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “Məsul Aktuari” qeyd edərək elektron ünvanına göndərə bilərlər.