Xorvatiya Futbol Federasiyası millinin baş məşqçisi Zlatko Daliçlə yeni müqavilə imzalayıb.

İqtisadiyyat.az qurumun saytına istinadən xəbər verir ki, mütəxəssislə müqavilənin müddəti 2026-cı ilə qədər uzadılıb.

Qeyd edək ki, Z.Daliç 2017-ci ildən Xorvatiya millisini çalışdırır. Onun rəhbərliyi altında yığma DÇ-2018-i 2-ci, DÇ-2022-ni 3-cü pillədə başa vurub.