İsveçli futbolçu Zlatan İbrahimoviç Avropa çempionatlarının seçmə mərhələlərində oyuna çıxan ən yaşlı futbolçu olub.

İqtisadiyyat.az xəbər verir ki, forvard Avro-2024-ün seçmə mərhələsinin ilk turunda Belçikaya qarşı keçirilən görüşdə meydana çıxıb. İbrahimoviç 41 yaş 5 ay 21 günündə sözügedən turnirdə oyunda iştirak edib.

İsveç Belçikaya 0:3 hesabıyla uduzub.