Zlatan İbrahimoviç 2018-2019-cu illər arasında "LA Galaxy"də iki mövsüm keçirib və cəmi 58 matçda 53 qol vurub. MLS matçları yeddiqat "Qızıl top"un sahibi Lionel Messinin "İnter Mayami"yə transferindən sonra populyarlığını artırıb. İsveçli ulduz bundan məmnun olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, "La gazzetta dello Sport"a danışan Zlatan İbrahimoviç "Messinin MLS-də olması? Mən onların adına xoşbəxtəm, indi amerikalılar yenidən futbola baxa biləcəklər. Mən gedəndən bəri beysbola baxırdılar" deyə bildirib.

Argentina dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 18-də Peru ilə qarşılaşacaq. Zlatan İbrahimoviç 2022/23 mövsümünün sonunda karyerasını bitirib.