“Zirə”nin futbolçusu Toni Qomes Qvineya-Bisau yığmasının heyətində meydana çıxıb.

İqtisadiyyat.az xəbər verir ki, hücumçu Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində öllkəsinin səfərdə Nigeriyanı 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmanın 46-cı dəqiqəsində oyuna daxil olub.

Komandanın Nigerli üzvü İssa Cibriella isə Afrika Millətlər Kubokunun seçmə oyununda yığmasının səfərdə Əlcəzairə 1:2 hesabı ilə məğlub olduğu oyunda ehtiyatda qalıb.