“Zirə”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, “qartallar” bu mərhələdə Moldovanın “Şerif” komandası ilə qarşılaşacaq.

Mərhələnin ilk oyunları iyulun 11 və 18-də keçiriləcək.

“Zirə”nin ilk matçı səfərdə olacaq.