"Zirə”nin futbolçusu Toni Qomes karyerasını İsraildə “Hapoel” (Hadera) klubunda davam etdirəcək.

İqtisadiyyat.az xəbər verir ki, iki klub arasında imzalanmış transfer müqaviləsinə əsasən hücumçu “Hapoel”ə transfer olunub.

“Zirə” PFK Toni Qomesə kluba göstərdiyi xidmətə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.