Azərbaycan Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması “Zirə” ilə “Kəpəz” arasında baş tutub.

Meydan sahibləri bu görüşdə minimal hesabla qalib gəliblər.

Xatırladaq ki, turun açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”a 0:2 hesabıyla uduzub. Bu turun “Qarabağ” – “Turan Tovuz” oyunu avqustun 13-də, “Neftçi” – “Səbail” matçı avqustun 14-də baş tutacaq. “Sumqayıt” – “Sabah” matçı təxirə salınıb