"Zirə" qış fasiləsində yollarını ayırdığı Nemanya Andelkoviçi yenidən heyətinə qatıb.

İqtisadiyyat.az xəbər verir ki, 26 yaşlı müdafiəçi mövsümün sonuna qədər qəsəbə təmsilçisinin formasını geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ildən "Zirə"də forma geyinən serbiyalı futbolçunun müqaviləsinə yanvarda xitam verilmişdi