Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib. 2 qolun vurulduğu matçda Masazır təmsilçisi 0-2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 62-ə çatdıran "Sabah" klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.