“Zirə” yeni futbolçu ilə anlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Qəsəbə təmsilçisi Ruan Renatonu heyətinə qatıb. 29 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, braziliyalı futbolçu daha əvvəl ölkəsinin “Santa Rita”, “Quaraçinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqeyrense”, “Botafoqo”, “Ponte Preta”, Avstriyanın “Austria Vyana”, həmçinin ölkəmizdə “Qəbələ”nin şərəfini qoruyub.