Fransa futbolunun əfsanəsi Zinəddin Zidan PSJ-yə rəhbərlik edəcəyi ilə bağlı deyilənləri təkzib edib.

"Real Madrid"dən ayrıldıqdan sonra heç bir komandada çalışmayan fransız baş məşqçi  hərdən ölkəsinin millisini çalışdırmaq barədə düşündüyünü deyib.

Milli komandanın formasını geyən hər bir oyunçunun məşqçilik vəzifəsinə addım atdıqdan sonra bu təcrübə haqqında düşündüyünü bildirən Zidan, bu təcrübə üçün uyğun vaxtın indi olmadığını bildirib.

Zidan PSJ ilə çempionluq qazanmasına baxmayaraq vəzifəsini davam etdirməyəcək Kristof Qaltyeni əvəzləyəcəyi ilə bağlı iddiaları da təkzib edib.

Zidanın adı 2022-ci il dünya çempionatından sonra Fransa milli komandası ilə tez-tez hallansa da, ancaq Fransa Futbol Federasiyası baş məşqçisi Didye Deşamla 2026-cı ilə qədər yeni müqavilə imzalamışdı.