Fransalı mütəxəssis Zinəddin Zidan məşqçi karyerasını bərpa etməyə hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə "RMC Sport"a açıqlamasında deyib:

"Futbol üçün darıxıram. Məşqçiliyə qayıdacam, vaxtını dəqiq bilmirəm, amma dönəcəm".

Zidan məşqçi kimi 2016-2018 və 2019-2021-ci illərdə "Real"da işləyib.