Türkiyənin cənub-şərqində Qaziantep vilayətində yerləşən kiçik Nurdağı şəhəri tamamilə sökülərək yenidən tikiləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu qərar şəhərə dəymiş külli miqdarda ziyanla əlaqədar ölkə hakimiyyəti tərəfindən verilib.

"Yaşadığımız fəlakət genişmiqyaslıdır. Şəhərsalma Nazirliyi ilə birlikdə Nurdaği mahalını tamamilə sökmək qərarına gəldik", - Zəlzələlərin nəticələrini aradan qaldırmaq üçün təyin edilən Şirnak vilayətinin qubernatoru Osman Bilgin deyib.