Türkiyənin Hatay bölgəsində daha bir nəfər dağıntılar altından sağ çıxarılıb.

İqtisadiyyat.az türk medasına istinadən xəbər verir ki, zəlzələnin 202-ci saatında Mine Akgül adlı qadın dağıntılar altından xilas edilib. 26 yaşlı qadın dərhal xəstəxanaya çatdırılıb. 

Qeyd edək ki, səhər saatlarında 3 gənc dağıntılar altından sağ çıxarılıb.