Türkiyənin vitse-prezident Fuat Oktay Hatayda baş verən zəlzələ barədə açıqlama verib.

Bu barədə "TRTHaber" məlumat yayıb.

"Hatay mərkəzli zəlzələlərlə bağlı araşdırmalarımız davam edir. Vətəndaşlarımızdan zədəli binalardan uzaq durmalarını xahiş edirik", - deyə o qeyd edib.

CNN-in məlumatına görə, zəlzələlərdən sonra bəzi binalarda dağıntıların olduğu, insanların dağıntılar altında qaldığı bildirilir. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

Xatırladaq ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə 5,8 bal bal gücündə zəlzələ baş verib.