Moskva Sevastopolun Kiyev rejimi tərəfindən atəşə tutulmasına beynəlxalq ictimaiyyətdən reaksiya istəyəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24" telekanalının efirində bildirib.

"Biz reaksiya axtaracağıq ki, Kiyev rejiminin son cinayətləri barədə beynəlxalq ictimaiyyətə məlumat verilsin", - deyə diplomat bildirib.