İranda 4.6 bal gücündə zəlzələ olub.
İqtisadiyyat.az xəbər verir ki, zəlzələnin episentri Hormozqan əyalətinin Qalaqazi şəhərində yerin 10 km dərinliyində qeydə alınıb.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.