Rusiyanın “Tu-95ms” və Çinin “Hun-6k” bombardmançıları Alyaska sahillərində birgə təlimlər keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Aerokosmik Qüvvələrinin “Tu-95ms” strateji raketdaşıyıcılarından və PLA Hərbi Hava Qüvvələrinə məxsus “Hun-6k” strateji bombardmançılarından ibarət aviaqrup Çukçi, Berinq dənizləri və Sakit Okeanın şimal hissəsi sularında hava patrulları həyata keçirib”, - deyə nazirlikdən qeyd edilib.

Müdafiə Nazirliyi onu da əlavə edib ki, uçuşun ümumi müddəti beş saat olub. Eyni zamanda bəzi ərazilərdə Rusiya və Çin təyyarələri də xarici ölkələrin təyyarələrini müşayiət edib.

 

Sadiq Cavadov